Cubics BMS ilə Layihələrin İdarə Edilməsi: Tam yeni dizayn və daha çox imkanlar

Cubics BMS daim yenilənən və özəlləşdirilə bilən ERP sistemidir. Biz müştərilərimizi dinləməyi və onların rəyləri əsasında təkmilləşdirilmələr və yeniləmələr üzərində çalışmağı sevirik.

Bu dəfə biz istənilən şirkətin ən vacib iş prosesinə - Layihələrin İdarə Edilməsinə diqqət yetirdik.

Layihələrin İdarəedilməsi Cubics komandası tərəfindən klassik Kanban şəklində yaradılmışdı, yenilənmiş modul isə tam yeni dizaynı ilə fərqlənir.

Layihənin idarə olunması üçün mərhələləri yaratdıqdan sonra, Siz burada yüzlərlə layihəyə nəzarət edə və resurslarınızı səmərəli şəkildə bölüşdürə bilərsiniz. Və bunu etmək vizual olaraq da gözəldir. Layihələrin mərhələləri eyni rəngdə olduğu üçün idarəetmə daha da effektiv şəkildə baş verir. İşçilərinizin bacarıqlarını bildiyiniz və komandanızın hansı işlərlə məşğul olduğunu aydın şəkildə izlədiyiniz üçün bütün layihələr vaxtında icra edilib təhvil verilir. Layihədə gecikmə varsa, mərhələnin üzərində qırmızı bayraq əks olunur. Bu da rəhbərliyin vaxtında komandaya çətinlikləri həll etməyə kömək edə bilməyinə yardımçı olur.

Mərhələlərin yaradılması ultra-sürətli şəkildə baş verir. Təqvimdəki istənilən boşluqlarda ixtiyari düzbucaq fiqurası çəkin və Cubics BMS avtomatik olaraq həmin tarixlərə növbəti mərhələni əlavə etsin. Düzbucaqların yerini dəyişsəniz sistem seçilmiş mərhələnin başlanğıc və bitmə tarixlərini dəyişəcəkdir.

Mərhələlərin filtrasiyası Sizə seçilmiş proseslərin cari statusu barədə lazımi idarəetmə məlumatını təqdim edir. Bunun sayəsində istənilən mərhələ adını seçə və layihələriniz üçün proseslərin nə qədər keçdiyini izləyə bilərsiniz.

Rahat olduğu qədər təhlükəsiz Cubics BMS sistemi müxtəlif idarəetmə məlumatlarının digər işçilərə ötürülməsinin də qarşısını alır. Bu proses rəhbərlik tərəfindən tənzimlənir.

Cubics BMS haqqında ətraflı məlumat üçün: https://www.cubics.technology/bms/az/