Cubics Həlləri ilə 90 günə Rəqəmsallaşma

3 ay ərzində rəqəmsal transformasiyanın şahidi olmaq istəyirsiniz? Cubics Sizə müəssisənizin idarəetmə tərzini tam şəkildə dəyişəcək effektiv və çevik bir imkanı təklif edir. Bəs Siz bu təklifi qəbul etsəniz nə baş verəcəkdir? Gəlin bu rəqəmsallaşmaya doğru atılan addımlara birlikdə nəzər yetirək

1. Detallı Analiz və Qiymətləndirilmə.

Cubics ekspertləri müəssisənin hazırki iş proseslərini dərindən analiz edir, şirkətin güclü və zəif nöqtələrini müəyyən edirlər. Layihə üçün təyin edilmiş komandanın bütün üzvləri müəssisənin məqsədlərini daha aydın başa düşmək üçün sifarişçi şirkət ilə yaxından əməkdaşlıq edirlər.

2. Fərdi Yol Xəritəsi (Roadmap)

Detallı analiz və qiymətləndirilmə əsasında Cubics komandası sifarişçi müəssisənin tələblərinə uyğun fərdiləşdirilmiş rəqəmsal Yol Xəritəsini (Roadmap) tərtib edir. Burada məqsədə çatmaq üçün istifadə ediləcək xüsusi alətlər toplusu və texnologiyalar da öz əksini tapır.

3. Planlı Tərtibat.

Cubics komandası rəqəmsal keçidin rahat və kəsintisiz baş tutması üçün təyin edilmiş son tarixlər və tapşırıqlar üzrə planlaşdırılmış tərtibatçılıq prosesinə start verir. Bu proses bulud infrastrukturu üzrə məlumatların miqrasiyasını, məlumatların analizini və digər qabaqcıl texnologiyaların istifadəsini özündə birləşdirir.

4. Kompleksli Təlimlər.

Yeni rəqəmsal idarəetmə sistemi tam tərtib edildikdən sonra sifarişçi şirkətin komandasına təlimlər keçirilir. Bu təlimlərin əsas məqsədi istifadəçilərin sistem üzrə biliyini artırmaq və yeni həlli tam qavramağa yardım etməkdir.

5. İlkin Start və Davamlı Dəstək Xidməti

Artıq bütün proseslər yekunlaşdıqdan sonra müəssisə rəqəmsal transformasiyaya başlayır. Lakin Cubics komandasının missiyası burada bitmir. Onlar uğurlu və stabil idarəetməni təmin etmək üçün davamlı dəstək xidmətini də əsirgəmir. Dəstək xidmətinə istənilən sualların cavablandırılması, sistemə dəyişikliklərin və ya yeniliklərin əlavə edilməsi və s. kimi xidmətlər daxildir.

Ətraflı məlumat üçün: https://cubics.technology/