Cubics Həlləri ilə Rəqəmsal Transformasiyaya addım

Rəqəmsal transformasiyanın astanasında bir çox qurum düzgün idarəetmə həllərinin tapılması və tətbiq edilməsində uğurlara imza ata bilmir. Əsasən xarici şirkətlərin məhsullarına üz tutan yerli müəssisələr bir müddət sonra bu addımın yanlış olduğunun qərarına gəlirlər. Belə ki, tətbiq edilən həllər adətən proseslərə uyğunlaşdırılmır, dəstək xidməti isə lazımi anda yardıma çatmır.

Artıq 8 ildən çoxdur ki, yerli bazarda fəaliyyət göstərən Cubics Technology şirkəti müxtəlif müəssisələri Rəqəmsal Transformasiyaya keçid ilə təmin edir. Cubics həlləri təklif edilən digər məhsullar ilə müqayisədə çox qabaqcıldır. Buna görə də adıçəkilən şirkətin həlləri ilə rəqəmsallığa keçid prosesi daha asan baş verir. Gəlin Cubics Technology müəssisəsinin üstünlüklərinə nəzər yetirək.

Hər sistemə uyğun.

Cubics Rəqəmsal Həlləri fərdi qaydada hər müəssisənin proseslərinə uyğun olaraq hazırlanır və tətbiq edilir. Belə olan halda, Rəqəmsal Transformasiyaya keçid asanlaşır.

Sadə İnterfeys.

Sadə İnterfeys.

İnterfeysin sadə olması ümumi effektivliyi artırır, çünki tələb olunan əməliyyatlara minimum vaxt sərf edilir.

Təhlükəsizlik.

İdarəetmə sistemi müəssisələr barədə bütün məlumatları özündə topladığı üçün bu tip həllərin təhlükəsizliyi 1 nömrəli prioritetdir. Məhz bu səbəbdən Cubics adıgedən məsələlərə maksimum diqqət yetirir. Belə ki, sistemdə bütün təhlükəsizlik tədbirləri ilə yanaşı istifadəçilərin etibarlı girişi üçün 2 etaplı doğrulama da tətbiq edilir.

Yerli Dəstək Xidməti.

Cubics Həllərini istifadə edən müəssisələr hər hansı çətinlik yaranmasından qorxmurlar, çünki istənilən zaman bir zənglə dəstək komandası ilə əlaqə saxlaya bilirlər.

Geniş Portfolio.

Fəaliyyət göstərdiyi illər ərzində 100-dən çox müəssisə ilə əməkdaşlıq edən və həmin şirkətləri Rəqəmsallığa doğru aparan Cubics şirkəti bu gün də müştərilərinin sayını artırmaqdadır. Bu, şirkətin etibarlı olmasının göstəricisidir.

Ətraflı məlumat üçün: https://cubics.technology/