Cubics BMS Azərbaycanın ən populyar ERP həllinə çevrilir

1. Biznes və texnologiyalar

Cubics - biznes və texnologiyanın ahəng tapdığı və birlikdə daha böyük bir həllə çevrildiyi şirkətdir. Adıçəkilən həllər sayəsində şirkətlər biznes prosesləri asanlıqla avtomatlaşdıra və şirkəti səmərəli şəkildə idarə edə bilirlər. Cubics həllərinin yaradılmasında uğurlu biznes sahibləri, təcrübəli biznes ekspertləri, biznes analitikləri və qabaqcıl proqramçılar iştirak edir. Bütün həllər ən son texnologiyaladan istifadə edilərək tərtib edilib sifarişçilərə tam şəkildə təhvil verilir.

2. İnnovativ metodologiya

Xarici ERP şirkətləri istənilən həlli tərtib etməkdən əvvəl adətən texniki tapşırıq və ya iş proseslərinin planını tələb edirlər. Onlardan fərqli olaraq, Cubics şirkətinin peşəkar komandası biznes proseslərinin optimallaşdırılması və texniki tapşırığın hazırlanması üçün sifarişçilərlə “İnteraktiv Workshop” adlanan görüşlər keçirir. Burada şirkətin bütün biznes prosesləri müzakirə edilir, məlumatlar Cubics mütəxəssisləri tərəfindən qeydə alınır və bu müzakirələr əsasında sadə texniki tapşırıq hazırlanır. Bu sənəd hər iki tərəfdən imzalandıqdan sonra Cubics komandası tərtibat prosesinə başlayır. Sistemin sifarişçinin istəyinə əsasən tərtib edilməsi üçün Cubics komandası müştəri ilə daimi əlaqədə olur.

3. Rahat və intuitiv interfeys

Cubics BMS ERP həllinin interfeysi sistemin ilk baxışdan bəyənilən və yadda qalan tərəfidir. Həllərdə olan interfeys o qədər rahat və intuitiv şəkildə tərtib edilib ki, sistemdən istifadə etməyə başlamaq üçün əlavə kurslarda aylarla tədris almağa ehtiyac yoxdur. Düymələr, təsvirlər, keçidlər və digər məlumatlar UX / UI qaydalarına əsasən yerləşdirilb ki, bu da əməliyyatları bir neçə klikə yerinə yetirməyə imkan yaradır.

4. Dashboard və ya şirkətin ümumi göstəriciləri

Şirkət rəhbərliyi hesabatların tərtibatına vaxt itirməsin deyə Cubics komandası Dashboard - Əsas Göstəricilər Panelini tərtib edib. Burada şirkət fəaliyyətinin nəticələri, cari göstəricilər, nailiyyətlər real vaxtda əks etdirilir. Bu paneldəki bütün məlumatlar hər bir şirkət üçün fərdi şəkildə hazırlanır.

5. Özəl yanaşma

“Bütün biznes prosesləri oxşar ola bilər, lakin onların reallaşdırılması tamamilə unikaldır”. Cubics həlləri məhz bu fəlsəfə ilə tərtib edilir. Elə səbəbdən də bütün Cubics sistemləri hər bir şirkət üçün özəl şəkildə hazırlanır. Sistemin özəlləşdirilməsi imkanı biznesin həllərə deyil, həllərin biznesə uyğunlaşmasına imkan verir.

6. Hər yerdə. Hər zaman.

Sürətlə dəyişən müasir iqtisadiyyat bütün sistemlərə qlobal giriş imkanının olmasını tələb edir. Cubics həlləri Bulud infrastrukturu üzərində qurulduğu üçün istifadəçilər istənilən cihazdan sistemə daxil ola bilirlər. Bunun sayəsində biznes sahibləri bütün prosesləri daima nəzarət altında saxlaya bilirlər.

7. Təhlükəsizlik və məxfilik

Dünyanın aparıcı şirkətləri kimi Cubics də informasiya təhlükəsizliyinə və məxfilik siyasətinə çox böyük diqqət ayırır. Bunun üçün sistemdə iki faktorlu autentifikasiya istifadə edilir. Bundan əlavə, layihə sifarişçiyə təhvil verildikdən sonra sistemə giriş yalnız istifadəçi tərəfdə qaldığı üçün şirkət məlumatlarının məxfiliyi maksimum təmin edilir.

8. Etibar – keyfiyyətin göstəricisidir

Əksər biznes liderləri adətən artıq özünü sübut etmiş həlləri seçirlər. Cubics məhsulları da məhz bu kateqoriyaya aiddir. Artıq 100-dən çox yerli şirkət Cubics həllərini seçib və öz biznes proseslərini avtomatlaşdıra bilib. Həmin şirkətlər seçimlərindən razıdırlar və Cubics həllərini digər şirkətlərə də tövsiyə edirlər.

9. Yeniliklər

İstifadə etdiyimiz sistemlər təkmilləşdirilmirsə və uzun müddət interfeysini dəyişmirsə, o zaman onun istifadəsi maraqsız və darıxdırıcı prosesə çevrilir. Cubics komandası hesab edir ki, hətta ən mükəmməl sistemi belə təkmilləşdirmək mümkündür. Buna görə də Cubics həllərindəki bütün əməliyyatlar daim inkişaf etdirilir və yeniləmələr istifadəçilərin istəyindən asılı olaraq onlar üçün tətbiq edilir.

10. İnteqrasiyalar

Cubics sistemlərinin asanlıqla inteqrasiya edilə bilinməsi bu həllərin ən mühüm üstünlüklərindən biridir. Əgər siz artıq biznesinizi qismən avtomatlaşdırmısınızsa, o zaman yeni həllin istifadəsinə keçid almaq üçün köhnədən tam imtina etməli deyilsiniz. Cubics ilə digər biznes prosesləri rəqəmsallaşdırın, artıq avtomatlaşdırılmış məlumatları isə ayrıca modula inteqrasiya edib biznesinizi vahid Cubics sistemindən idarə edin.

11. Dəstək ximdəti

Xarici ERP sistemi istifadə etdikdə ümumi problemlərdən biri sistemdə problemlər yarandıqda dəstək komandasından geri dönüşün çox vaxt almasıdır. Cubics komandası istifadəçilərlə daim əlaqədə olduğu üçün hər hansı bir çətinlik qısa zaman ərzində öz həllini tapır. İstifadəçilərin rahatlığı üçün Cubics dəstək komandası ilə zəng, messenger və ya e-poçt vasitəsilə əlaqə saxlamaq mümkündür.

Cubics haqqında ətraflı məlumat üçün: Cubics