“Cubics Addımı” ilə biznesin avtomatlaşdırılmasına hazırlıq

Şirkətdəki hər hansı bir yenilik müxtəlif səbəblərə görə narazıçılıqlarla qarşılaşa bilər. Məsələn, ERP sisteminin şirkətdə tətbiq edilməsi üçün adətən bir neçə ay tələb olunur. Bundan əlavə, adıçəkilən proseslər üçün maliyyə və texniki dəstək də labüddür.

Istənilən ERP sisteminin uğurlu tətbiqi birbaşa olaraq hazırlıq prosesindən asılıdır. Hazırlıq işlərinin aparılması dəyişikliklərə daha rahat uyğunlaşmağa köməklik göstərir.

Cubics - bugünün ən etibarlı ERP proqram təminatının təchizatçılarından biri hesab edilir. Şirkətin portfoliosunda çoxlu sayda kiçik, orta və böyük bizneslər vardır. Bunları nəzərə alsaq Cubics ilə biznesin avtomatlaşdırılmasına start verən şirkət, bu prosesə hazırlıq üçün bir neçə addım atmalı deyil.

Hər şey “Cubics Addımı” ilə başlayır. Sifarişçi zəng və ya cubics.technology saytında xüsusi sorğu formasını dolduraraq Cubics ilə əlaqə saxlayır və avtomatlaşdırılma möcüzəsi baş verir. İlkin görüş və müqavilə imzalama prosesindən sonra Cubics ekspertləri “Workshop” adlanan ikitərəfli görüşləri təşkil edir, sifarişçi müəssisənin tələblərini qeyd etməyə və biznes prosesləri öyrənməyə başlayırlar. Hazırki iş axınını qeyd etməklə yanaşı Cubics komandası biznes proseslərinin optimallaşdırılması ideyalarını da təklif edirlər. Planlama işləri bitdikdən dərhal sonra tərtibatçılıq prosesi başlanılır.

Cubics şirkətindən ERP həlli sifariş etdikdə müştəri bütün “baş ağrısından” azad olmuş olur. Sifarişçi müəssisənin yeganə iştirak etdiyi məsələ biznes prosesləri sualların cavablandırılmasıdır. Nəticədə şirkət özünə məxsus unikal ERP proqram təminatını əldə etmiş olur.

Bəs Sizin şirkətiniz “Cubics Addımı üçün” hazırdırmı?